İran

İranda inanc azadliğına qarşı təzyiqlər

Dünyanın dörd bir yanında müsəlmanlar üçün önəmli olan Ramazan ayı başlayıb. İslam dünyasında Ramazan ayı elmi əsasla hazırlanan təqvimə uyğun şəkildə icra edilir. Ancaq İranda və bütün şiə dünyasında ayın görünməsi ilə Ramazanın başlamasına və bitməsinə qərar verilir. Əli Xamenei tərəfindən 70-dən çox ekip ayın görünməsini bəlli etmək məqsədilə görəvləndirilir. Bu ekipə çəkilən xərclərin həcmi isə açıqlanmır. Təbii ki, çağdaş dövrdə Ramazanın başlamasına bu şəkildə qərar vermək insanlar tərəfindən kəskin tənqid olunur. Eyni münaqişə Ramazanın son gününə qədər davam etdirilir. Bütün dünyanın təqvim əsasında qeyd etdiyi Ramazan bayramı İranda Əli Xameneinin özünəməxsus üsulu ilə bəlli edilir. İranda Ramazan ayı ilə bağlı qəribə olaylar bununla bitmir. Belə ki, şəriətə uyğun şəkildə hazırlanan İran İslam Cümhuriyyətinin qanunlarına görə, ölkədə oruc tutmamaq yasaq kimi qəbul edilir. İranın 638-ci Təzirat Qanununa görə haram qəbul edilən əməli toplum içərisində icra etmək olmaz. Adı çəkilən qanunda 10 gündən 2 aya qədər həbs və ya 74 şallaq cəzası nəzərdə tutulub. Bu maddəyə əsasən, Ramazan ayında bir insanın toplum içərisində yemək yeməsi suç hesab edilir və cəzalandırılır. Hər il ölkədə bütün ictimai xidmət məkanlarının fəaliyyəti yasaqlanır. Ancaq adresə çatdırılma və ya iftar vaxtı xidmət göstərə bilərlər. Şəhrdarilər tərəfindən şəhərlərdə su içmək üçün nəzərdə tutulan yerlər belə bağlanır. Dövlət idarələrində və özəl iş yerlərində də yemək servisi yasaqlanır. Yasaqlara qarşı gələnlər isə ciddi şəkildə cəzalandırılır. Hər il ölkədə siqaret çəkən və ya su içdiyi üçün polislə münaqişə yaşayan insanların şahidi oluruq. İnsanlar bu kimi olayları sosial mediada paylaşaraq etirazlarını bildirirlər. Hökumətin milləti oruc tutmağa məcbur etməsinə etiraz edirlər. İran hakimiyyəti hər il Ramazan ərəfəsində oruc tutmayanlara qarşı mübarizə aparacaqlarını diqqətə çatdırır. Elə bu il də məhkəmə məqamları şiddətlə “oruc yemək” adlandırdıqları suçla mübarizə aparacaqlarını söyləyiblər. Ölkədə İslam Cümhuriyyətinin siyasi rejim olaraq hakimiyyətə gəlməsindən sonra dini ibadətlər icbari hal alıb. Ölkənin bütün təhsil sistemi, mediası bu sistemin bir parçası halına gəlib. Onlar dindar bir nəsil yetişdirmək istədiklərini iddia edirlər. Ramazan bir çox İslam ölkəsində rəhmət və gözəlliklər ayı olsa da, İranda vəhşət və şiddət ayını təmsil edir. Dövlət idarələrində bir çox məmurun qorxduğu və ya sistemdə yer almaq üçün oruc tutduğunu görmək olar. İranda deyilənlə əməl edilən arasında ciddi fərq görmək olar. İslam Cümhuriyyətinin yetişdirdiyi gənc nəsil hakimiyyətin ideallarını qəbul etmir. Bu durum hakimiyyəti narahat etsə də, gənclərə qarşı basqılar davam etdirilir. İran milləti hər gün daha çox hakimiyyətin irəli sürdüyü İslami kültürdən uzaqlaşır.

Related Articles

Bir cavab yazın

Back to top button