İran

İranda inflyasiya kəskin artacaq

İran hökumətinin yeni büdcə ili üçün təklif etdiyi büdcə real deyil və 400 trilyon tümənə yaxın büdcə kəsiri olacaq.

Bunu İran parlamentinin üzvü Calal Mahmudzadə deyib.

“Hökumət alternativ mənbə tapmasa, büdcə kəsirini xalqın cibindən götürməli olacaq. Bu isə kəskin inflyasiya və bahalığın şiddətlənməsi ilə nəticələnəcək”,- soyuqbulaqlı millət vəkili bildirib.

Bir neçə gün əvvəl isə Beynəlxalq Bank, investisiya və makroiqtisadi siyasətin təhlili üzrə mütəxəssis Əli Sədvəndi İran hökumətinin məsuliyyətsiz xərcləmələrinin ölkəni bugünkü acınacaqlı vəziyyətə gətirib çıxardığını və İranda bəşər tarixində ən uzun inflyasiya dövrünün qeydə alındığını deyib.

O, İranda 52 ildir inflyasiyanın davam etdiyini və yeni günəş ilində də bunun ötən illərdə olduğu kimi davam edəcəyini söyləyib.

Sədvənd İranın bank sistemində monopoliyanın formalaşdığını və onlar xalqın vəsaiti hesabına güc sahiblərinə xidmət etdiklərini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button