İran

İranda inflyasiya kəskin artıb

İran Statistika Mərkəzi iyun ayının inflyasiya nisbətinin bir əvvəlki aya görə 13,2 bal artdığını bildirib.

Ərzaq, içkilər və tütün məmulatlarının inflyasiya tempi 32,2 faiz artımla 81-6, qeyri-ərzaq malları və xidmətlərdə isə 2,8 faiz artımla 36.8 faiz olub.

Şəhər əhalisi üçün inflyasiya hal-hazırda 51.4 olmaqla ötən ayla müqayisədə 12.2 faiz, kənd əhalisi üçün isə 58.2 olmaqla ötən aya nisbətən 18.1 faiz artıb. Statistika Mərkəzi iyun ayında ölkə üzrə orta hesabla inflyasiya səviyyəsinin 52.5 faiz olduğunu yazıb.

Qeyd edək ki, ölkə iqtisadiyyatçıları İran Statistika Mərkəzinin verdiyi hesabatın doğru olmadığını, inflyasiyanın rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button