İran

SEPAH-ın Kəşfiyyat İdarəsinə yeni rəis təyin edilib

İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə müavini, ikinci briqada generalı Ramazan Şərif SEPAH-ın Kəşfiyyat (ETTELAAT) İdarəsinə yeni rəis təyinatı barədə məlumat verib.

“İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general Hüseyn Səlaminin əmri ilə briqada generalı Məhəmməd Kazemi SEPAH-ın Kəşfiyyat İdarəsinin yeni rəisi təyin edilib”, – deyə məlumatda bildirilib.

“SEPAH-ın Kəşfiyyat İdarəsinin keçmiş rəisi Hüseyn Taib isə general-mayor Hüseyn Səlaminin əmri ilə “SEPAH-ın baş komandanının müşaviri” təyin edilib”.

“Kəşfiyyat İdarəsinin yeni rəisi uzun illərdir ki, SEPAH-ın Kəşfiyyyat İdarəsinin Mühafizə Xidmətinə rəhbərlik edib, təhlükəsizlik və kəşfiyyat məsələlərində böyük təcrübəyə malikdir”, – deyə Ramazan Şərif fikrini tamamlayıb.

Qeyd edək ki, bu gün İnqilab Keşikçiləri Korpusunun Təhlükəsizlik (ETTELAAT) İdarəsinin keçmiş rəisi Hüseyn Taibə qarşı uğursuz terror əməliyyatının həyata keçirilməsi ilə bağlı məlumat yayılıb. Taibin uğursuz terror cəhdindən sonra xəstəxanaya yerləşdirildiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button