İran

İranda insan haqlarının pozulmasını qınayan qətnamə hazırlanıb

Birləşmiş Millətlər Təşkilatının Ümumi Məcməyi İranda insan haqlarının pozulmasını qınayan qətnamə hazırlayıb. Qətnamə 82 lehinə, 30 əleyhinə və 64 bitərəf rəylə qəbul edilib. Təşkilata üzv olan 17 dövlət isə səsvermədə iştirak etməyib. Bildirək ki, qətnamə bir neçə həftə öncə Ümumi Məcməyin Üçüncü Komitəsi tərəfindən təsvib edilən layihəyə dəyişikliklər edilməklə hazırlanıb. Qətnaməyə görə, İranın insan haqları pərvəndəsi daha bir il açıq qalacaq. Bəzi dövlətlər, o cümlədən İran, Venesuela və Çinin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi səsvermədən öncə qətnaməyə etiraz ediblər. Avropa Birliyinə üzv bütün dövlətlər və Amerika qətnamənin lehinə səs verib.

Related Articles

Bir cavab yazın

Back to top button