İqtisadiyyatİran

İranda insanlar dolanışıqlarını təmin edə bilmirlər

“Xalqa verilən vədlər yerinə yetirilmir və müşküllərin həlli yubadılır. Xalq gündəlik dolanışığını təmin edə bilmədiyi üçün xiyavanlara axışır”. Bu fikirləri İranın İctimai Yardımçılıq Elmi Əncümənin rəisi səsləndirib. Doktor İqlimanın sözlərinə İran camiəsinin ən böyük müşkülü qiymət artımıdır. O, bildirib ki, İranda iqtisadi müşküllər barədə danışmaq siyasiləşdirilir və basqı göstərilir. İqlima təvərrümün yüzdə 35 artmasına diqqət çəkib. Nəticədə gündəlik tələbat malları kəskin bahalaşıb. Bununla da insanların alıcılıq qabiliyyəti aşağı düşüb. İşsizlik isə gündən-günə artır. İqtisadi durum özəl şirkətlərin fəaliyyətinə ciddi təsir göstərib. Bu durumda şirkətlər işçi qüvvəsini azaltmağa məcbur olur. İranın İctimai Yardımçılıq Elmi Əncümənin rəisi yaşananların xalqı etiraza sürüklədiyini vurğulayıb.
“Dövlət xalqın ictimai və iqtisadi müşkülləri üzrə məsuliyyəti üzərinə götürmür. Bəzi məsullar xalqı dözümlü olmağa çağırır. Dövlət əmək haqları ilə bərabər vergiləri də artırır. Xalq dolanışığını verilən vədlərlə təmin edə bilməz”,-deyə doktor İqlima qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button