Dünyaİqtisadiyyat

Türkiyənin Amerikaya ixracatı rekord səviyyəyə çatıb

Türkiyə Amerika ilə ticarət igilərini artırmağa davam edir. Bu məqsədlə Türkiyə Ticarət vəziri Ruhsar Pekcan və Amerika Ticarət Nümayəndəsi Katherine Tai arasında görüş keçirilib. Görüşdə ikitərəfli ticarət alanında bir çox məsələ ilə bağlı əməkdaşlıq etmək qərara alınıb. Pekcan Amerikanın Türkiyənin önəm verdiyi strateji tərəfdaş olduğunu bildirib. Sıx işbirliyi ilə ikitərəfli ticarət və iqtisadi ilgiləri gəlişdirə biləcəklərini söyləyib. Türkiyə Sadiratçılar Məclisinin məlumatlarına əsasən, Türkiyənin bu ilki sadiratı ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 17,3 artıb və 50 milyard dollara yüksəlib. Həmin dövrdə dünyanın ən güclü iqtisadına sahib Amerikaya isə sadirat yüzdə 36 artaraq 2 milyard 705 milyon 435 min dollara çatıb. Bu məbləğ Amerikada sözügedən dövrdə gerçəkləşdirilen ən yüksək səviyyə olaraq qeydə alınıb. Ölkəyə mars ayında edilən xarici satışlar isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 56,3 artıb və 1 milyard dollar olub. Bundan başqa, janviyə-mars aylarında Amerika Türkiyənin ən çox sadirat etdiyi 3-cü ölkə olub. Bildirək ki, Amerikanın türk gəmi və qayıqlarına tələbi də iki dəfədən çox artıb. Belə ki, janviyə-mars aylarında Türkiyədən Amerikaya ən çox sadirat otomobil sahəsində gerçəkləşdirilib. İlin ilk rübündə bu sahə ilə bağlı gerçəkləşdirilən satışlar əvvəlki ilin eyni dövrünə görə yüzdə 16,2 artıb və 308,3 milyon dollar olub. Bundan başqa, Amerikaya 284 milyon dollar dəyərində xalça, 280,2 milyon dollar dəyərində difa və uçuş sənayesi, 252,9 milyon dollar dəyərində şimyayi maddə və məhsullar, 196,7 milyon dollar dəyərində isə geyim və geyim məhsulları sadir edilib. Sözügedən dövrdə, gəmi sahəsi ilə bağlı sadirat isə 2 dəfə artıb. Bu da 2020-ci ilin eyni dövrünə nisbətən yüzdə 218,4 artım deməkdir. Türkiyədən Amerikaya zərgərlik yüzdə 168,4, meyvə və tərəvəz yüzdə 125,3, bəzək bitkiləri yüzdə 123,7, başqa sənaye məhsullarının sadiratı isə yüzdə 75,3 artıb. Tütün, fındıq, zeytun və zeytun yağı, dəri və dəri məhsularının sadirat həcmində isə azalma olub.

Related Articles

Bir cavab yazın

Back to top button