Araşdırma & Təhlilİran

İranda insanların dolanışığı çətinləşir

1399–cu il dünya və İranda fəlakətlər ili kimi yadda qaldı. Ötən ilin əsas gündəm mövzusu olan koronavirus hələ də dünya ölkələrini öz əsarətində saxlamağa davam edir. Bir çox ölkədə vaksən asiyon prosesinin başladılmasına baxmayaraq, İranda vaksənlə ilgili heç bir müsbət addım atılmayıb. Milyonlarla insan hakimiyyətdən ümidini kəsərək yaşamını davam etdirməyə çalışır. Tehran hakimiyyəti isə insanları düşünmək yerinə radikal siyasətlərini var gücü ilə davam etdirir. Görünür, Amerikada Bayden hakimiyyətinin başlamasından Tehran hakimiyyəti olduqca razıdır. Təhrimlər hələlik tam olaraq qaldırılmasa da, İranın nəft satışında ciddi artım qeydə alınıb. Çinlə imzalanan 25 illik anlaşma ilə Tehran üçün daha güclü bir dönəmin başladığı təbliğ olunur. Ancaq hakimiyyətin gəliri ilə yanaşı əhalinin yoxsulluq həddi də artır. Son 2-3 ildə daşınmaz əmlak qiymətlərindən tutmuş yeyinti məhsullarına qədər bir çox sahədə kəskin bahalaşma qeydə alınıb. İnsanlar gündəlik gərəkən məhsulları arasında önəmli yer tutan yağ və toyuq qıtlığı ilə üzləşirlər. Əli Xamenei isə ənənəyə sadiq qalaraq 1400-cü ilə də ad verir. Bu il “Tolid, maneələri aradan qaldırma” ili adlandırıldı. Bildirək ki, yeni il tətilində ölkə daxilində gediş-gəlişlərin sayı kəskin artdı. Bu da koronavirusa yoluxma sayına ciddi təsir göstərdi. Hazırda Şərqi Azərbaycan ustanında koronavirus mərizlərinin sayı ikiqat artıb. Bundan başqa, Güney Azərbaycanın bütün şəhər və kəndlərində durum ağırlaşıb. Bütün bunlar baş verərkən vaksənlə bağlı heç bir bilgi açıqlama vrrilmədi. Rusiya, Çin və Hindistandan nə qədər vaksən alındığı və kimlərə vurulduğu bəlli deyil. Qonşu Türkiyədə 17 milyon dozdan çox vaksən vurulub. İranda isə vaksinasiyon edilənlərin sayı dəqiq açıqlanmır. Koronavirusla ilgili məhdudiyyətlər isə doğru şəkildə icra olunmur. Sağlıq Vəzirliyi məsulları bütün tədbirlər zamanı iqtisadi durumun nəzərə alındığını söyləyirlər. İran prezidneti Həsən Ruhani isə ölkə iqtisadının Almandan daha güclü olduğunu iddia edir. Ancaq millətin dolanışığını təmin edə bilməməsi nəzərə belə alınmır. Qeyd edək ki, Uluslararası Pul Sandığı 1400-ci il üzrə İranda yüzdə 39 təvərümün gözlənildiyini açıqlayıb. Bundan başqa, 1399-cu ildə yüzdə 11,2 kimi qeydə alınan işsizlik həddinin bu il yüzdə 11,7-ə yüksələcəyi bildirilib. 1400-ci ildə ən az gəlirin 2 milyon 655 min tümən olduğuna baxılırsa, həyatın nə dərəcə çətin, hətta imkansız olduğunu görmək olar. Ev kirayələrinin, yeyinti məhsullarının bahalığı, dərman və təhsil xərcləri insanların mali durumunu getdikcə çətinləşdirir. İran məsulları insanların toyuq əti növbəsində gözləməyi sevdiyini deyir və əhalini təhqir edirlər. Əhali normal yaşayışa sözün əsl mənasında həsrət qalıb. Əli Xamenei Amerika ilə müzakirələrə tələsmədiklərini söyləyir. Bu zaman isə Zərifin “Biz belə yaşamağı özümüz seçmişik” sözü daha da anlamlı olur. İran hakimiyyəti daha çox gəlir əldə etsə belə millət üçün heç bir pay ayırmır. Vurğulayaq ki, Tehran maddi çətinliklərin olduğu bir dönəmdə belə Ermənistana silah göndərməkdən də əl çəkmədi. Qarabağ savaşında işğalçı Ermənistanı dəstəklədi. Hazırda hakimiyyətin tək dərdi piano abidəsini qaldırmaq, Şahgölüdə Azərbaycan bayrağının rəngləri ilə bəzədilən qayığın boyasını təmizlətmək və etiraz edənlərin səsini boğmaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button