İran

İranda internetə qadağa: “Google” və “Bing” axtarış sistemləri işləmir

İyulun 13-ü səhər saatlarından bütün iranlılar üçün internet “uşaq” rejiminə salınıb, "Google" və "Bing" axtarış sistemləri işləmir.

Operatorlardan verilən məlumatlara əsasən, axtarışda baş verən dəyişikliklər şirkətlər tərəfindən deyil, hökumət tərəfindən edilib.

İnternet ekspertləri də hesab edir ki, hazırda ölkə daxilində baş verən bu hadisə ölkədəki bütün internet istifadəçilərini “uşaqların tərbiyəsinin pozulmaması” üçün hökumətin tətbiq etdiyi internetə məhdud çıxışın bütün yaş qrupları üçün uyğulandığını göstərir.

Axtarış motorlarında istifadəçilərin uyğun olmayan saytlara daxil olmasının qarşısını almaq üçün “təhlükəsiz axtarış” adlı funksiya var.

“Google” tərəfindən şəbəkədə aktivləşdirilməsi təmin edilən bu imkanı iranlı abunəçilər söndürə bilməirlər.

Related Articles

Bir cavab yazın

Back to top button