
İranın İctimai Məsələlər üzrə Təşkilatının müdiri fevriyənin 7-də bildirib ki, ölkədə hər il intiharların sayı yüzdə 4-5 artır. Təqi Rüstəmvəndi yeniyetmələr və 60 yaşdan yuxarı şəxslər arasında intihar hallarının artmasına diqqət çəkib. Ancaq bu barədə heç bir amar təqdim etməyib.
İranın Pezeşki Qanuninin 2020-ci ildəki amarına əsasən, ölkədə hər gün orta hesabla 15 nəfər intihar səbəbindən həyatını itirir.
“Etimad” qəzetinin janviyənin 20-də yayımladığı quzarişdə isə 2020-ci ilin başlanğıcından bəri intihar hallarının keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 4,2 artdığı qeyd olunub. Bilgilərə görə, 2020-ci ilin oktobr-novambr aylarında təkcə Ramhormoz şəhərində altı şagird intihar edib. Vurğulayaq ki, son aylarda İranda yeniyetmələr arasında intiharların sayı artıb. Bu durumun əsas səbəbi ölkədəki iqtisadi yoxsulluq və ailəvi problemlərdir.