İran

İranda iqtisadi azadlıq göstəricisi yenidən geriləyib

İran bu sahədə Suriya, Liviya və Konqo ilə eyni sıralarda yer alır.

“Fraser” tədqiqat institutu ölkələrin iqtisadi azadlıq indeksinə dair son reytinqində bildirib ki, İran yenidən dünyanın 165 ölkəsi arasında 159-cu yerə düşüb.

15 sentyabrda Tehran Ticarət Palatasının İnvestisiya Xidmətləri Mərkəzi tərəfindən də nəzərdən keçirilən və təsdiqlənən bu hesabatda 2019-cu ildə 158-ci yerdə olan İranın bir pillə geriləyərək 159-cu sıraya yüksəldiyi bildirilir.

Bununla bağlı hazırlanan cədvəlin sonunda, dünyada yalnız altı başqa ölkə iqtisadi azadlıq indeksi baxımından daha pis vəziyyətdədir.

“Əsr Iran” internet saytının Tehran Ticarət Palatasının araşdırmalarına əsaslanaraq dərc etdiyi hesabatda İranın Suriya, Liviya və Konqo kimi “müharibədən əziyyət çəkən” ölkələrin yanında yer aldığı bildirilir.

Bu hesabata görə, İranın iqtisadi azadlıq indeksindəki xalının 10 baldan 4,96 bal olduğu təxmin edilir. Bu isə İranın son 20 ildə bu sahədə ən aşağı göstəricisidir. İqtisadi azadlığın orta qlobal göstəricisi 6,84-dır.

İranda yoxsulluğun, bərabərsizliyin və ayrı-seçkiliyin yayılması pis idarəçilik və milli maraqların nəzərə alınmaması, bu ölkədə resursların və imkanların səmərəsiz idarə olunması, eləcə də Qərbin İranın nüvə, raket proqramları və rejiminin təxribatçı, sabitliyi pozan hərəkətlərinə cavab olaraq tətbiq etdiyi maksimum beynəlxalq sanksiyaların yaratdığı iqtisadi böhranların nəticələrindən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button