İran

İranda iqtisadi vəziyyət pisləşib

İranın Amar Mərkəzi aban ayı üzrə təvərrümün yüksəldiyini açıqlayıb.
Belə ki, son göstəricilərə əsasən, mehr ayına nisbətdə abanda təvərrüm yüzdə 5.2 artıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 46.4 artım deməkdir. Məlumata görə, yeyinti məhsulları və içəcəklərin qiyməti bir ayda yüzdə 13 bahalaşıb. Əhali isə açıqlanan amarın gerçək göstəricilərdən dəfələrlə az olduğunu bildirir. Məsələ ilə bağlı Təsnim Xəbər Ajansı rapor yayınlayıb. Bu sənəddə 1398-1395-ci illər üzrə müqayisələr əks olunub. Belə ki, sözügedən rapora əsasən, dana ətinin istifadəsi yüzdə 20, qoyun ətinin istifadəsi isə yüzdə 29 azalıb. Qeyd edək ki, İran xəbər ajansları 1399-cu ilə dair amarları paylaşmayıblar. İlkin məlumata görə, koronavirus böhranından sonra ölkə üzrə inflyasiyon göstəriciləri daha yüksək həddə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button