İran

İranda iş yerlərinin fəaliyyətə başlaması ilə əlaqədar şərtlər açıqlanıb

İranın Sağlıq Vəzirliyi 3 və 4-cü qrup iş yerlərinin yenidən fəaliyyətə başlaması ilə ilgili əsas şərtləri açıqlayıb. Bu barədə Sağlıq Vəzirliyinin Çevrə və İş Yerinin Sağlamlığı Mərkəzinin Fənni İşlər üzrə müavini mühəndis Möhsün Fərhadi məlumat verib. Məlumata görə, koronavirusla ilgili durumun sarı və göy olduğu bölgələrdə 3 və 4-cü qrupa daxil olan iş yerləri fəaliyyətini davam etdirir. Başqa iş yerlərinin fəaliyyətə başlaması üçün isə yeni sağlıq protokolları hazırlanır. Möhsün Fərhadinin sözlərinə görə, qapalı məkanlarda sosial məsafənin gözlənilməsi və həmin məkanlarda havalandırma sisteminin düzgün işləməsi gərəkli amillərdəndir. Buna görə də iş yerləri qanunla bəlli edilmiş 2 şərtə əməl etməlidirlər. Belə ki, taalalarda fərdlər arasında məsafə 2 metr, çevrədəki fasilə isə toplam 4 metr olmaqla gözlənilməlidir. Qaydalara əməl etməyən şəxslər isə qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb olunacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button