
Qadınlar qazanın çevrilməsini İsrail dövlətinin devrilməsinin simvolik simuliyasiyası olduğunu deyiblər.
Hökumət tərəfindən göndərilən qazanlar aksiyadan sonra qadınlara mükafat kimi bağışlanıb.
Qeyd edək ki, İranda son günlər bu qəbildən olan və cəmiyyətin istehzası ilə qarşılaşan bir neçə aksiya keçirilib.
Bundan əvvəl Təhsil Nazirliyinin təşəbbüsü ilə azyaşlı uşaqlar kağızdan raketlər düzəldərək İsrail istiqamətində havaya atıblar.