İran

İranda istehsal olunan 3 milyon ton poladın aqibəti bəlli deyil

1399-cu ildə İranda tolid olunan 30 milyon ton poladdan 3 milyon tonunun talei hələ də bəlli deyil. Bunu İran Polad Tolidçiləri Əncüməninin üzvü Seyyid Riza Şəhristani deyib. Onun açlqlamasına görə, sözügedən məhsulun eşiyə satışı gerçəkləşdirilməyib. Seyyid Riza Şəhristani bildirib ki, ötən il ölkə üzrə qullanılan poladın ümumi həcmi 15 milyon ton olub. Yalnız 12 milyon ton məhsul dış ölkələrə satılıb. Məsələ ilə bağlı “Ticarət News” saytı da xəbər yayıb. Saytın məlumatında qeyd olunub ki, bu sahə ilə ilgili yayılan amarlarla bazar göstəriciləri arasında ciddi fərqlər var. İlkin ehtimallara görə, 3 milyon ton poladın qaçaq olunduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button