Dünyaİran

İranda isveçli turist həbs edildi?

İsveçin "Aftonbladet" qəzeti dünənki buraxılışında yazıb ki, qəzetin əldə etdiyi məlumata əsasən, isveçli bir neçə turistlə birgə bu ölkəyə səfər edən İsveç vətəndaşı olan orta yaşlı kişi İran polisi tərəfindən həbs edilib.

Qəzetin yazdığına görə, İsveç vətəndaşlarının İran rejimi tərəfindən oğurlanması ölkədə 1988-ci il edamlarında əli olan Həmid Nurinin mühakiməsinin məhz İsveçdə keçirilməsi ilə bağlıdır.

Həbs edilən İsveç vətəndaşının ötən həftə bir neçə günlük İran səfərindən sonra ölkəsinə qayıtmaq istəyərkən tutulduğu bildirilib. İsveçin Tehrandakı səfirliyinin hazırda məsələni araşdırdığı və İranın dövlət rəsmiləri ilə təmasda olduğu qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button