İran

İranda kartun üzərində yatanlarınır yaşı ortalama 12-ə çatıb

İranda uyuşdurucu maddə bağımlılığından küçələrdə kartun üstündə yatanların yaş həddi getdikcə azalmaqdadır.

“ANT” xəbər verir ki, bu barədə uyuşdurucu bağımlılığı üzrə mütəxəssis Həbib Bəhrami məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkədə kartunlarda gecələyən mötadların yüzdə 20-i xanımlardır və bu rəqəm getdikcə artır. Eləcə də, onların arasında 12 yaşlı uşaqlar da var.

Mütəxəssis bildirib ki, bu qrupdan olan insanlar içərisində ən çoxu 40 yaşlarında cavanlardır. Bundan başqa, küçələrdə yaşayan 60-70 yaşlı uyuşturucu bağımlılarının da sayı az deyil.

Həbib Bəhrami, habelə qeyd edib ki, bu cür küçələrdə yaşayan insanların yüzdə neçəsinin mötad olmasına dair dəqiq araşdırma olmasa da, şahidlərin dedikləri ilə bağlı aparılan araşdırmalar onların təxminən yüzdə 95-inin uyuşdurucu maddə bağımlısı olduğunu göstərir.

Uzman sonda bu problemin kökünün ölkə iqtisadiyyatının getdikcə çökməsi və bunun nəticəsində meydana çıxan işsizliklə yoxulluqdan qaynaqlandığını deyib.

Qeyd edək ki, İran hökumətinin məsullarının etinasızlığı üzündən ölkədə etiyad və küçələrdə yatmaq kimi müşküllər artıq hər gün daha da çoxalır.

Related Articles

Bir cavab yazın

Back to top button