İran

İranda kiçik oğurluq halları 7 dəfə artıb

"Tejaratnews"un məlumatına görə, İranda son illərdə, özəlliklə koronavirus epidemiyası zamanı, cəmiyyətin işsizliklə üzləşdiyi bir vaxtda, bəzi insanların oğurluğa üz tutması halları kəskin artıb.

İran Polis İdarəsinin koronavirus dövründəki hesabatına görə, bu müddət ərzində oğurluq edən çox sayda insanın daha öncə heç bir cinayət əməli olmayıb.

İran Məhkəmə Sisteminin dünən dərc edilən statistikası da ölkədə sosial böhranın artığını bir daha təsdiq edir.

“Arman-e Melli” qəzetinin yazdığına görə, İran Məhkəmə Sisteminin sosial rəis müavini bildirib ki, 2009-cu ildə cəmi 200 min oğurluq faktı qeydə alınıbsa, 2021-ci ildə bu rəqəm 1 milyon 400 minə çatıb.

Bu isə o deməkdir ki, son 12 ildə oğurluq hadisələrinin sayı 7 dəfə çoxalıb. Təbii ki, bəzi oğurluq növləri, o cümlədən bələdiyyələrə məxsus avadanlıqların oğurlanması halları bu statikstikaya daxil edilmir.

Related Articles

Bir cavab yazın

Back to top button