İran

İranda koronavirus daha 132 nəfərin həyatına son qoydu

İranda ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 132 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 54 440 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 021 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda koronavirusa yoluxanların sayı 1 189 203 nəfərə çatıb.

İndiyədək 933 736 nəfər infeksiyadan sağalıb, pasiyentlərdən 5 345 nəfərin vəziyyəti isə ağırdır.

Related Articles

Bir cavab yazın

Back to top button