İran

İranda koronavirus vaksininin insan üzərində sınağı keçirilir

“İranda koronavirus vaksininin hazırlanmasının birinci mərhələsi başlayıb. İkinci mərhələnin də tezliklə həyata keçiriləcəyinə ümid edirik”. Bu fikirləri İranın Sağlamlıq vəziri Səid Nəməki səsləndirib. O, ölkəsinin 100 ildir Orta Şərqdə vaksin hazırlamaqda lider olduğunu iddia edib. Ölkə mətbuatının məlumatına görə, ötən gün üç könüllüyə İran tolidi vaksin vurulub. Vaksinin daha 56 könüllüyə vurulması nəzərdə tutulub. “Şəffafarmed Group” tərəfindən hazırlanan vaksin “Kovo İran Bərəkət” adlanır. Qeyd edək ki, son günlərdə İranda ictimai şəbəkə fəalları müxtəlif həştəqlərlə kəmpeyn başladıblar. Onlar dövlətin koronavirusla mübarizə aparmaq üçün xarici vaksinlər almasını tələb ediblər. İran rəsmiləri isə dava və xammal varidatı ilə bağlı tətbiq edilən təhrimlərə görə Amerikanı tənqid ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button