İranda ötən 24 saatda 200 nəfər koronavirusdan ölüb. Bunu ölkənin Sağlıq, Müalicə və Tibbi Təhsil Baxanlığı elan edib. Nəticədə koronavirusdan ölənlərin sayı 76 633 nəfərə yüksəlib. Ötən 24 saatda 7 723 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 2 739 875 nəfərə çatıb. Virusa yoluxanlardan 5 396 nəfərin durumu ağır qiymətləndirilir. İranda indiyədək 2 210 851 nəfər KOVİD-19-dan sağalıb, 17 milyon 800 mindən çox koronavirus testi həyata keçirilib.