İran

İranda koronavirusdan 482 nəfər öldü

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 482 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 46 689 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 961 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 908 346 nəfərə yüksəlib.
İranda indiyədək 633 275 nəfər koronavirusdan sağalıb. Virus daşıyıcılarından 5 849 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button