İran

İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

İranda son 24 saatda daha 78 nəfər koronavirusun qurbanı olub. Bunu İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, ölkədə bu virusdan ölənlərin sayı 60 431 nəfərə yüksəlib. Ötən bir gündə İranda 8 404 nəfər koronavirus mərizliyinə yoluxub. Bununla da ölkədə bu virusa yoluxanların sayı 1 665 103 nəfərə çatıb. Virus daşıyıcılarından 3 760 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.
Sima Sadat Lari bildirib ki, İranda indiyədək 1 420 958 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

 

 

 

 

Related Articles

Bir cavab yazın

Back to top button