İran

İranda koronavirusun dördüncü dalğası ilə bağlı xəbərdarlıq

Mərizxanalara koronavirusa yoluxma ilə bağlı müraciət edənlərin sayı artıb. Bu durum insanların sağlıq qaydalarına əməl etməməsinə görə baş verir. Bu fikirləri Koronavirusla Milli mübarizə Sitadının üzvü Minu Möhriz səsləndirib. Onun sözlərinə görə, isfənd ayında koronavirusun dördüncü dalğası başlaya bilər. Bəhmən ayının 10-da Fars və Loristanın tibb elmləri danişqahları əyalətlərin müalicə mərkəzlərinin dördüncü dalğaya qarşı hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıblar. Qeyd edək ki, İranın Qəza və Dava Sazimanı bəhmən ayının 9-da Rusiyan tolidi “Sputnik-V” vaksininin yararlı olduğunu təyid edib. Qərara alınıb ki, qarşıdakı günlərdə “Sputnik-V” ilə ümumi vaksinasiona başlanılsın. İrana ilkin mərhələdə gətiriləcək vaksinin miqdarı ilə bağlı açıqlama verilməyib.
İranın Sağlıq Vizarətinin açıqlamasına görə, ötən il 1 milyon 400 min nəfər koronavirusa yoluxub. 58 min nəfər isə təhlükəli virusun qurbanı olub.

Related Articles

Bir cavab yazın

Back to top button