İran

İranda canlı yayında qalmaqal: Xatəmi və Ruhaninin müavinləri efiri tərk etdi

İslahatçı və mötədil hökumətlərin fəaliyyəti ilə bağlı "Cahan Ara" televizyon proqramına dəvət edilən Şəhindoxt Molaverdi və Zəhra Şucayi qadın araşdırmaları üzrə ekspertin tənqidinə məruz qaldıqdan sonra proqramı tərk ediblər.

İslahatçı və mötədil hökumətlərin fəaliyyəti ilə bağlı “Cahan Ara” televizyon proqramına dəvət edilən Şəhindoxt Molaverdi və Zəhra Şucayi qadın araşdırmaları üzrə ekspertin tənqidinə məruz qaldıqdan sonra proqramı tərk ediblər.

“Aznews tv” “hamshahrionline” ajansına istinadən xəbər verir ki, “Cahan Ara” proqramının yanvarın 31-də “islahatçı və mötədil hökumətlərin qadınlar və ailələr sahəsində fəaliyyətinin araşdırılması” mövzusunda baş tutan yayımına Xatəmi hökumətində qadınların iştirakı mərkəzinin sədri Zəhra Şucayi və Ruhani hökumətində qadın və ailə məsələləri üzrə prezidentin müavini Şəhindoxt Molaverdi də dəvət ediliblər.

Canlı yayım proqramının prodüserinin dediyinə görə, İranda qadın haqlarının “müdafiəçiləri” vəzifələrini tutmuş Şəhindoxt Molaverdi və Zəhra Şucayi öz dövrlərində fəaliyyətlərindəki qeyri-şəffaflıqdan danışa bilməyərək verilişi tərk ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button