İran

İranın məhkəmə sisteminin başçısı hicabsızları hədələdi

İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei məcburi hicab qaydalarını riayət etməyənləri yenidən təhdid edib.

O, martın 6-da verdiyi bəyanatda hicabsızların sərt şəkildə cəzalandırılacağını deyib.

“Hicabsızlıq şəriət qaydaları və qanunun pozulmasıdır və bunu düşmənlər dəstəkləyir.

Bütün məsullar məhkəmə və icra qüvvələrinin dəstəyi ilə hicabsızlığın qarşısını alımağa çalışırlar”,- Ejei bildirib.

Qeyd edək ki, etiraz aksiyalarının genişlənməsindən vahiməyə düşən Tehran hökuməti “Əxlaq” polisinin ləğv edildiyini bəyan edib.

Lakin bu iddiaların əksinə olaraq xüsusilə əyalət şəhərlərində qadınlara qarşı radikal şəriət qaydalarını tətbiq etməyə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button