İran

İranda mənzillərin kirayə qiymətləri kəskin artıb

İranda son 3 ay ərzində evlərin kirayə haqqı 40 faiz artıb. Bu barədə İranın "Donyaye Eqtesad" qəzeti məlumat yayıb:

“Hökumət artıq adekvat sosial kapitala malik deyil və xaotik mənzil bazarına nəzarət etmək imkanını itirib”.

Məlumatda vətəndaşların maddi durumları pisləşdiyi üçün yeni tikilən mənzillər almadıqları və kirayə evlərdə qalmağa məcbur olduqları qeyd edilib.

İranın “Cam Cəm” qəzeti də məsələ ilə bağlı məqalə dərc edib və dövlətin böhranlı mənzil bazarında hökm sürən inflyasiyaya nəzarət imkanını itirdiyini, bu səbəbdən kirayə haqlarının fantastik səviyyədə artdığını yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button