İran

İranda məcburi hicab qaydları yenidən sərtləşdirilir

Hökumət bununla bağlı yeni tədbirlər görməyə hazırlaşır.

İran İnqilab Keşikçilərinə bağlı “Fars” xəbər agentliyi ölkədə hicab qaydalarını riayət etməyən qadınlara qarşı yeni tədbirlərin görülməsinə başlandığı barədə məlumat verib.

Məlumata görə, əlaqədar dövlət qurumları ilk növbədə avtomobil sahiblərinə mesaj göndərərək hicab qaydalarını riayət etməyən qadınları avtomobilə mindirməmələri ilə bağlı xəbərdarlıq ediblər.

Bildirilir ki, xəbərdarlığa məhəl qoymayan avtomobil sahibləri ilk növbədə polis qüvvələrinə bağlı “Əxlaq Təhlükəsizliyi” bölməsinə çağrılacaq, növbəti dəfə isə onlar cərimələnə və avtomobilləri dövlət  tərəfindən müsadirə olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button