İran

İranda məhbus edam edilib

O, Səbzvar şəhərinin zindanında dar aacından asılıb.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranın Səbzvar şəhərinin zindanında daha bir məhbus edam edilib.

Məlumatda bundan öncə qətldə günahlandırılan şəxsin mayın 10-da dar ağacından asılaraq öldürüldüyü bildirilir.

Səbzvar şəhərinin Ümumi və İnqilab Prokurorluğunun başçısı Cəfər Təyyar Sabiri məhkumun imliyi barədə açıqlama vermədən onun 2018-ci ildə edama məhkum olunduğunu deyib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi.

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

Bir neçə gün bundan öncə İran İnsan Haqları Təşkilatı və Fransanın “Edam cəzasına qarşı birgə” Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button