İran

İRANDA MASKADAN İSTİFADƏ MƏCBURİ OLACAQ

Sabahdan etibarən iranlıların qapalı məkanlarda maska taxmaları tələb olunacaq.

İran prezidenti Koronavirusla Mübarizə Mərkəsinin toplantısında maskadan istifadə tələblərinin sərtləşdirildiyini bildirib. Belə ki, bazar günündən başlayaraq ictimai və qapalı yerlərdə maska taxılması məcburi olacaq.
Həsən Ruhani deyib ki, kimsə maskasız hər hansı xidmət almaqla bağlı dövlət orqanına, qurumuna və ya təşkilata müraciət edərsə, ondan maska taxması istənilməlidir. O, vurğulayıb ki, Behdaşt qaydalarına əməl etməyən və maskdan istifadə etməyən dövlət orqanı və idarəsinin işçilərinin işə çıxmasına icazə verilməməlidir.

Ruhani, İranda koronavirusun yayılması məsələsini fərhəngi problem kimi qiymətləndirib.
“Mərizliyi olan hər kəs qərəntinəyə getməli və təcrid olunmalıdır. Labratuarlarımız da bilgi verməlidirlər, əks halda virusa tutulan bir insanın başqalarına da keçirməsi yolverilməzdir. Buna görə, kiməsə yaxınlaşmaq istədikdə, onun koronavirusa tutulduğunu əsas götürməliyik” – deyə o, bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close