İran

İranda milli geyimə görə qaşqaylara basqılar edilir

İranda milli geyimə görə qaşqaylara basqılar davam edir. Bundan öncə iyun ayında milli geyiminə görə Şiraz şəhərinin "Narincistan" parkından çıxarılan qaşqay xanım, bu dəfə də Şirazın "Hafiziyyə" bağına buraxılmayıb.

Mədəni fəal, gənc müəllim İlham Təvəkküliniya milli geyiminə görə məhdudiyyətlərlə üzləşməsi barədə özünün sosial media hesabında paylaşım edib.

“Gözətçilər mənə bu geyimlə bağa girməyimin qadağan olduğunu dedilər. Səbəbini spruşduqda geyimimin uyğun olmadığını bildirdilər. Onlardan türk milli geyimimə görə bağa girişimə mane olduqlarını soruşduqda hə cavabı verdilər”-deyə, gənc qaşqay müəllim yazıb.

İlham Təvəkküliniya paylaşımında doğulub boya-başa çatdığı şəhərdə öz milli geyimi ilə gəzə bilməməsinə görə özünü qərib hiss etdiyini bildirib.

Həmid Həzrətinin şeirindən sitat gətirən Qaşqay fəal paylaşımında qaşqay şair yaşadıqları torpaqların ingilis işğalından azad edilməsi uğrunda minlərlə qurban verdiyini xatırladıb, qaşqayların adi geyimə görə qadağalarla üzləşməsindən təəssüfləndiyini ifadə edib.

Qeyd edək ki, iyunun əvvəllərində Şirazın “Narincistan” parkına qaşqay geyimində gedən gənc qızın keşikçilər tərəfindən oradan uzaqlaşdırıldığı barədə xəbər qaşqay və Güney Azərbaycan türklərinin etirazlarına səbəb olmuş, sosial mediada bu hərəkətə qarşı kampaniya başladılmışdı.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Saylarının ortalama 3 milyon olduğu bildirilən qaşqayların bir qismi yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button