İran

İranda mollalar fars dili və ədəbiyyatını təbliğ edir

Son həftələr İran rəhbəri Əli Xameneyinin əyalətlərdəki nümayəndələri və şəhərlərin cümə imamları fars dili və ədəbiyyatının təbliği ilə məşğul olurlar.

Bu qəbildən olan cümə imamlarından biri də Xameneyinin Simnan əyalətindəki nümayəndəsi Mürtəza Mütiidir.

O, səhaliyyətinə aid olmasa da bəyanat yayaraq fars dilinə xələl gətirən təbliğat vasitələrini tənqid edib.

Simnan şəhərinin cümə imamı təbliğat sahəsində qeyri-fars sözlərdən istifadənin yolverilməz olduğunu deyib və bunun qarşısının alınması üçün daha ciddi tədbirlər görülməsini tələb edib.

Qeyd edək ki, son günlər 15 may “Firdovsi günü” ilə bağlı İranda cümə imamlarına da Firdovsinin və “Şahnamə”nin təbliği ilə bağlı göstəriş verilib.

Mayın 12-də İranın bir neçə şəhərində cümə imamları cümə namazlarındakı çıxışlarında Firdovsi və onun “Şahnamə”si barədə çıxışlar edib, fars dilinin inkişafının vacibliyindən danışıblar.

Related Articles

Bir cavab yazın

Back to top button