İran

İranda neft təsisatının işçiləri etiraz mitinqi keçiriblər

Cənubi Pars Nəft Yatağının 20 və 21-ci fazlarının 8-ci Nəft təsisatında yerləşən Nəft Sənayesini Qurma və Bəhrəbərdari Şirkətinin işçiləri etiraz mitinqi keçiriblər. Onlar bu üsulla aylıqların azaldılması, bimə haqlarının köçürülməməsi, əmniyyət şəraitinin təmin edilməməsi kimi məsələlərə etiraz ediblər. İşçilər müşküllərlə bağlı bütün qanuni mərhələləri keçdiklərini, o cümlədən nəftayırma təsisatı məsullarına və şirkətin işlə təmin idarəsinin müdirlərinə müraciət etdiklərini bildiriblər. Ancaq bu günə qədər qəti bir cavab ala bilməyiblər. Onlar öz hüquqlarını tələb etmək məqsədilə mitinqi davam etdirəcəklərini vurğulayıblar.

 

Related Articles

Bir cavab yazın

Back to top button