İran

İranda oksigen zavodunda partlayış olub: Ölənlər var

Partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən oksigen zavodunda meydana gəlib.

Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətinin rəhbəri İbrahim Qənbəri hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini və bir nəfərin yaralandığını deyib.

O, yerli vaxtla ötən gecə saat 20:20-də baş verən partlayışın səbəbinin hələlik məlum olmadığını və qəzanın səbəblərinin araşdırılmasınn bu gündən başlayacağını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button