Azərbaycanİran

İranda öldürülən etirazçıların sayı açıqlanıb

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyinin oktyabrın 1-i yaydığı məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.

İran İnsan Haqları Təşkilatının oktyabrın 1-i axşam saatlarına yaydığı məlumatda 17 sentyabrdan 1 oktyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 462 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18206 nəfərin saxlanıldığı, onlardan 3492-in kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 583 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 157 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button