Azərbaycanİran

İranda öldürülən etirazçıların son sayı açıqlanıb

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyinin oktyabrın 2-i yaydığı məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.

İran İnsan Haqları Təşkilatının oktyabrın 2-i axşam saatlarına yaydığı məlumatda 17 sentyabrdan 2 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 469 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18210 nəfərin saxlanıldığı, onlardan 3524-in kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 584 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 159 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button