İran

İranda ötən bir həftə ərzində düyünün qiyməti 20%-ə qədər bahalaşdı

Ötən həftə İran hökumətinin bəzi əsas ərzaq məhsullarından alınan verginin dəyərininin 9% artırırmasının ardından ölkədə düyünün qiymətində kəskin artım müşahidə edilib.

Ötən həftə İran hökumətinin bəzi əsas ərzaq məhsullarından alınan verginin dəyərininin 9% artırırmasının ardından ölkədə düyünün qiymətində kəskin artım müşahidə edilib.

“Aznews tv”  xəbər verir ki, Babol Düyü Satıcıları Birliyinin rəisi Həsən Tağızadə yanvarın 4-də “İLNA” ajansına açıqlamasında ötən bir həftə ərzində ölkədə düyünün qiymətinin 10-20%-ə qədər bahalaşdığını vurğulayaraq deyib ki, düyünün qiymətinin artması ilə bu məhsulun tədarükü də azalıb.

Onun sözlərinə görə, istehsalçılar və əkinçilər hazırda istehsal etdikləri məhsullarını satıblar və istehsal olunan düyünün 80 faizi vasitəçilərin və böyük mağaza şəbəkələrinin əlindədir.

Xatırladaq ki, ötən həftə İbrahim Rəisi hökuməti ölkədə bir sıra əsas ərzaq məhsullarından alınan verginin 9% artırılması ilə bağlı tapşırıq verib. Bu da təbii olaraq onsuz da böyük bir hissəsinin yoxsulluq həddinin altında əzilən xalqın yaşayışını bir az daha çətinləşdirir.

Related Articles

Bir cavab yazın

Back to top button