İran

İranda din tələbələri onlara nalayiq sözlər deyilməməsi üçün ruhani libasında bazara belə getmirlər

İranda Elmi Hövzə Mədrəsələri Birliyinin üzvü deyib ki, ölkədə dini təhsil alan tələbələr bazara və ya mağazaya getdiklərində, yaxud şəhərdə hər hansı işləri ilə bağlı çalışırlar ki, ruhani libasında getməsinlər

İranda Elmi Hövzə Mədrəsələri Birliyinin üzvü deyib ki, ölkədə dini təhsil alan tələbələr bazara və ya mağazaya getdiklərində, yaxud şəhərdə hər hansı işləri ilə bağlı çalışırlar ki, ruhani libasında getməsinlər. Çünki, onlar əhalinin onlara nalayiq sözlər deməsindən çəkinirlər.

“Aznews tv” xəbər verir ki, Fazil Məybodi “Həmdeli” qəzetinə dekabrın 4-də verdiyi açıqlamasında İranda mollaların vəziyyəti ilə bağlı, habelə bildirib: “Bu gün ruhanilər narahat olmamaq üçün çalışırlar ki, din xadimi geyimi ilə ictimaiyyət arasında daha az görünsünlər. Ruhani hətta taksiyə minərkən insanlar onu ələ salır. Əhali bahalıq və bütün problemlərə din xadimlərinin gözü ilə baxdığından əvvəllər ruhanilərlə xalq arasında olan və korlanmış münasibətləri düzəltmək asan deyil”.

O, eləcə də qeyd edib ki, dini təhsil alan tələbələr və ruhanilərin bir çoxunun evində maaşlarının aşağı olması və dolanışıq problemləri üzündən ailədaxili münaqişələr də artıb.

Related Articles

Bir cavab yazın

Back to top button