İran

Qəzvində sanitariya-gigiyena qaydalarına ciddi əməl edilmir

Qəzvin əhalisinin yüzdə 40-ı sağlıq qaydalarına əməl etmir. Bu barədə Qəzvin ustandarının siyasi və əmniyət məsələləri üzrə müavini Mənuçehr Həbibi məlumat verib. Onun sözlərinə görə, insanların yüzdə 90-dan çoxu sağlıq qaydalarına riayət edərsə, bu halda məhdudiyyətlər təsirli olar. Qəzvin ustanının Koronavirusla Mübarizə Qərargahının toplantısında çıxış edən Mənuçehr Həbibi maskdan istifadənin koronavirusun əsas düşməni olduğunu qeyd edib.
“Vətəndaşlar evdən çıxarkən mütləq mask taxsınlar. Təəssüf ki, Qəzvində virusun yayılmasının əsas amilləri bazar, nəqliyyə və taksi şəbəkəsidir. Sənaye Vəzirliyinin bazarların fəaliyyəti ilə bağlı məsuliyyəti çox ağırdır, çünki bazarın idarə edilməsi koronavirusun yayılmasını mütləq dayandıracaq. Bu vəziyyət davam edərsə, bazar, nəqliyyə və taksi şəbəkəsinin vəziyyətində hər hansı dəyişiklik olmazsa, həmin idarə və təşkilatların müdirlərinin səlahiyyəti mütləq sual altına alınacaq və onlara ciddi töhmət veriləcək”, – deyə Mənuçehr Həbibi bildirib.
Koronavirusla Mübarizə Qərargahının toplantısında çıxış edən Qəzvin Tibb Elmləri danişgahının rəisi Peyman Namdar da məsələyə münasibət bildirib. O, ustanda mərizxanaların ICU bölmələrində taxt sayının məriz sayı ilə mütənasib olmadığını açıqlayıb. Qeyd edək ki, bu hal Qəzvində ölüm nisbətinin artmasının əsas səbəblərindəndir.

Related Articles

Bir cavab yazın

Back to top button