İran

İRANDA QAÇAQÇILAR PREZİDENTDƏN DAHA GÜCLÜDÜR

İran Məclisinin iqtisadi komisyonunun son quzarişi İranda qaçaqla mübarizənin “nəticəsiz qaldığını” göstərir.

Keçən həftə mal qaçağına dair bəzi xəbərləri nəzərdən keçirmək yetərlidir.
Minab şəhərində qaçaq enerji içkiləri, Durudda elektrik malları, Məhabadda ev ləvazimləri, Firuzkuhda mubayl telefonların və Tehranda qaçaq qaz kuleri və soyuducunun tapılması onu göstərir ki, bəlkə də İran bazarının hər bir yerində qaçaq mal olduğunu söyləmək olar.
Amma başlanğıcda bir nöqtə vacibdir və o da İranda qaçağın tərif edilməsi ki, təkcə ölkənin rəsmi giriş-çıxış yerlərini nəzərdə tutmur və vurğulayır. “Ölkədə mücəvvizi olmayan malların ölkə daxilində saxlanması, paylanması və daşınması da qaçaq hesab olunur”, – deyib.
Vurgulayaq ki, İranda xüsusi olaraq qaçaq haqqında təqribən 17 qanun var və bəzi karşinaslar bu qanun çoxluğunu və təsmim tutan orqanların müxtəlifliyini İranda qaçağın yayılmasının amillərindən biri hesab edirlər. Mal və ərz qaçağına Qarşı Mübarizə Qərargahı qaçaqla mübarizədə əsas orqan sayılsa da, bu orqan siyasətin hazırlanmasında və həmahəngləşdirilməsində rol oynayır və icraedici vəzifəsi yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button