İran

İranda qadınların reklam çarxlarına çəkilişi qadağan olunub

İran hökuməti mübahisəli dondurma videosundan sonra qadınların reklamlara çəkilməsini qadağan edib.

Məlumata görə, İran rəsmilərinin qəzəbinə qırmızı çadralı qadının “Magnum” dondurmasını dişlədiyini əks etdirən video səbəb olub.

Din xadimləri videodan qəzəblənib və dondurma istehsalçısı “Domino”nu məhkəməyə verməyi tələb ediblər.

Onlar reklamın ictimai ədəb-ərkan qaydaları ilə ziddiyyət təşkil etdiyini və qadın dəyərlərinə xələl gətirdiyini bildiriblər.

1979-cu ildə baş verən İslam inqilabından sonra İranda qadınların hicab geyinmələri icbari xarakter alıb. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button