İran

İranda qaşqaylara qarşı təzyiqlər davam edir

Tehran rejimi fars əyalətinin Eqlid bölgəsində yaşayan qaşqay türklərini güc yolu ilə ata-baba yurdlarından köçürməyə çalışır.

Hökumətin hərbi və hüquq-mühafizə qüvvələri qaşqayların Eqlid şəhərinin Dehnu kəndində yaylaq evlərini əvvəlcədən xəbərdarlıq etmədən hücum edərək dağıdıb.

Hadisə yerindən video çəkən şəxs deyir ki, hadisə bir neçə gün öncə baş verib. Bura Səfi Xanlı nəsillərindən olan ailələrin və Qaşqay türklərindən olan uyğur çobanların yaylaq bölgəsidir.

Onun dediyinə görə, Qaşqay türkləri iki aydan sonra öz evlərinə qayıdarkən, artıq evləri olmayacaq.

“Onlarla ev tamamilə dağılıb, bizə külli miqdarda ziyan vurublar, o evlərdə olan çoxlu əşyalarımızı tamamilə məhv ediblər və əlimizdə heç nə qalmayıb.

Qeyd edək ki, son vaxtlar Qaşqay türkərinin yaşadıqları bölgədən köçmələri üçün onlara sistemli təzyiqlər göstərilir.

Son il ərzində İsfahanın Səmirom bölgəsində də Qaşqaylara məxsus yaşayış yerləri dağıdılıb və onlara bölgəni tərk etmək barədə xəbərdarlıq edilib.

İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərddir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Onlar yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button