Azərbaycan

İranda rabitə şirkətinin təqaüdçüləri etiraz mitinqi keçiriblər

Xatırladaq ki, son günlərdə İranın bir çox vilayətlərində rabitə şirkətlərinin təqaüdçüləri etiraz aksiyaları keçirirlər.

Aksiya iştirakçıalrı şirkətin binasının qarşısına toplaşaraq yaşayış şəraitlərinin çətinliyindn narazılıqlarını bildirib, gecikdirilmiş təqaüdlərinin ödənilməsini istəyiblər.

Etirazçılar istəklərinə cavab verilmədiyi təqdirdə qarşıdakı günlərdə etiraz aksiyalarını Təbriz fərmandarlığı və əyalət valiliyi binası qarşısında keçirəcəkləri barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Telekommunikasiya Şirkətinin 2700 nəfər təqaüdçüsü var və onların çoxunluğu təqaüdlərinin azlığı ilə yanaşı vaxtında ödənilməməsindən narazıdırlar.

Qeyd edək ki, bundan öncə fevralın 22-də Təbrizdə Telekommunikasiya Şirkətinin işçiləridə etiraz aksiyası keçirərək gecikdirilmiş əmək haqları, bayram ödənişləri, mükafatlar və digər vaxtı keçmiş tələblərinnin ödənilməməsindən narazılıqlarını bildiriblər.

Onlar əmək haqlarının ödənilmədiyi üçün işlədikləri ilə işləmədiklərinin həyatlarına heç bir təsir göstərmədiyini deyib və hüquqlarının əldə edilməsi uğrunda mübarizələrini davam etdirəcəkləri, işdən çıxarılmaq bahasına belə olsa geri oturmayacaqlarını söyləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button