İran

İranda restoranlar və mağazalar müflisləşməyə davam edir

Ötən bir neçə ay ərzində Tehran şəhərindəki restoranların 30%-i işini dayandırmaq məcburiyyətində qalıb.

Ötən bir neçə ay ərzində Tehran şəhərindəki restoranların 30%-i işini dayandırmaq məcburiyyətində qalıb.

restoranlarla yanaşı, Tehranda ikinci əl satış mağazalarının da vəziyyəti heç də ürəkaçan deyil. Belə ki, əhalinin artıq ikinci əl əşyaları belə alacaq imkanı yoxdur və nəticədə bu kimi satış mağazaları da müflisləşməyə doğru gedir.

Koronavirusun yayılması və İran iqtisadiyyatının gələcəyinin qaranlıq olması ilə bir çox restoranlar, kafelər və “fast food” məkanları fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb. Bu proses artıq ötən ilin qışından başlayıb və davam edir.

Tehran Restoranlar Birliyinin sədrinin bildirdiyinə görə, təkcə son iki-üç ay ərzində şəhərdəki restoranların 30%-i müflisləşib və işini dayandırmağa məcbur qalıb.

Əliəsğər Miribrahimi əsas ərzaq məhsullarının bahalaşmasından, aylıq maaşların azlığından, sığorta, vergi və icarə qiymətlərindən şikayətlənərək “İLNA” ajansına deyib: “Bir kilo zəfəran 11.8 milyondan 37-38 milyon tümənə qədər bahalaşıb. Bizim quşçuluq və düyü sahələrimiz yoxdur ki, qiymət artımı bizə təsir etməsin”.

Onun sözlərinə görə, ilkin xərclərin artması ilə yanaşı, restoran sahibləri üçün sığorta və vergilər də bahalaşıb və bu onlara ciddi problemlər yaradıb. Nəticədə onların çoxu başqa işlərlə məşğul olmağa üz tutub.

Related Articles

Bir cavab yazın

Back to top button