İran

İranda Rusiya işğalına qarşı etiraz aksiyasında Ukrayna təyyarəsində ölənlərin ailələri döyülüb

Ukrayna Təyyarəsi Qurbanlarının Ailələri Birliyi məlumat verib ki, İranın əmniyət gücləri sözügedən ailələrin Ukraynanın Tehrandakı səfirliyi qarşısında toplaşdığı yerə hücum edərək etirazçılardan bir çoxunu döyüblər.

“Aznews tv” ın xəbərinə görə, bildirilir ki, təhlükəsizlik qüvvələri etirazçılardan iki nəfəri saxlasa da, bir neçə saatdan sonra onları buraxıblar.

Birliyin sözçüsü Hamed İsmailiyun “Twitter” hesabındakı paylaşımında bu barədə yazıb: “Səhər saatlarında İslam Cümhuriyyətinin əlisilahlıları Ukrayna xalqının dərdinə şərik olmaq üçün bu ölkənin Tehrandakı səfirliyi qarşısında toplaşan ailələrin dinc aksiyasına ən vəhşi şəkildə hücum edərək gözyaşardıcı qazdan istifadə etməklə onları döyüblər”.

O, sonda təhlükəsizlik qüvvələrinin hücumu zamanı həlak olanların valideynlərindən bəzilərinin zərər çəkdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button