İran

İranda şagirdlər arasında siqaretdən istifadə kəskin artıb

Son 10 ildə İranda tütün məmulatlarının istehsalı 3 dəfə artıb və hazırda tütün məmulatları və sənaye psixotrop maddələrindən istifadə məktəb şagirdləri arasında yayılıb.

Bu barədə Siqaretdən İstifadəyə Qarşı Mübarizə Dərnəyinin məlumatında deyilib.

İran Səhiyyə Nazirliyinin bir müddət əvvəl verdiyi statistikaya əsasən, ölkədə 18 yaşdan yuxarı əhalinin 14 faizi siqaret çəkir və ümumilikdə ölkədə 8,5 milyona yaxın vətəndaş siqaret aludəçisidir.

Tütünlə Mübarizə üzrə Milli Qərargahın 2023-cü ildə yaydığı məlumatda hər il 6 min nəfərin tütün məmulatlarından istifadəyə görə öldüyünü bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button