İran

İranda şagirdlər təhsildən geri qala bilər

İranda 5 milyon şagird “təhsildən geri qalmaq” riski ilə üzləşib. Bu barədə İranın Təhsil Vəzirliyi bilgi verib. Məlumata görə, şagirdlərin təblet və ya telefonu olmadığı üçün “Şad” şəbəkəsinə qoşula bilmirlər. Bu da onların təhsildən geri qalmasına səbəb olur.
Təhsil Vəzirliyinin İbtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mordadın 14-ü açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ müxtəlif təşkilat və qurumlar qarşısında qaldırılıb. Məsələnin həlli məqsədilə şagirdlərin lazımi tədris vəsaitləri ilə təmin edilməsinin önəmi vurğulanıb.
Qeyd edək ki, hazırda İranda ən ucuz təbletin qiyməti 1 milyon 500 min tüməndir. Habelə, ölkədə internetin qeyri-sabit verilməsi, qiymət və sürəti narahat doğuran əsas məsələlərdəndir.

Related Articles

Bir cavab yazın

Back to top button