İran

Urmu gölünün indiki durumu

Urmu Gölünü Qoruma Sitadının Qərbi Azərbaycan Rəisi, gölün böyüklüyünün 2 min 965 min kilometr mürəbbəyə endiyini bildirib. Fərhad Sərxoşun sözlərinə görə, hazırda gölün tərazı 1271.60-dır. Ancaq keçən ilin bənzər zamanında isə 1271.58 olub. Məlumata görə, hazırda Urmu Gölünün genişliyi 2 min 965 kilomter mürəbbədir. Keçən ilin bənzər tarixində isə 3 min 16 kilometr mürəbbə olduğu bildirilib. Bütün bunlar gölün sahəsinin kiçildiyinin sübutudur. Hazırda Urmu Gölünün həcminin 4 milyard bir milyon metr mükəəb olduğu bəlli olub. Keçən il isə 4 milyard 25 milyon metr mükəəb idi. Fərhad Sərxoş bildirib ki, Urmu gölü 1274.62 tərazında, habelə 4 min 511 kilomtr mürəbbə genişliyindədir. Xatırladaq ki, göl bir zamanlar 16 milyard 4 milyon metr mükəəb həcminə sahib olub. Açıqlanan bütün rəqəmlər son illərdə özəlliklə bu il Urmu Gölü böhranının daha da şiddətləndiyini göstərir. Qeyd edək ki, keçdiyimiz günlərdə Tehran məqamları Urmu Gölünün bu il dolduğunu iddia edib. Bunu bir siyasi başarı kimi göstərməyə çalışıblar.

Related Articles

Bir cavab yazın

Back to top button