İran

İranda SEPAH-nin yüksəkrütbəli kəşfiyyat zabitinə sui-qəsd cəhdi edilib

SEPAH-nin yüksəkrütbəli kəşfiyyat zabiti Məhəmməd Akiki Tehranda güllələnib.

 Onun vəziyyəti ağırdır. İtaliyanın “La Repubblica” nəşri belə hesab edir ki, bu, İsrailin HƏMAS-nin öz ərazisindəki təcavüzünə cavabıdır. Digər versiyaya görə, hücum İranda bir ildən çox əvvəl Məhsa Əmininin ölümü ilə bağlı başlayan hökumət əleyhinə etirazlarla bağlıdır.

Məhsa Əmini 22 yaşlı kürd əsilli qız idi və hicab taxma qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra 2022-ci il sentyabrın 16-da dünyasını dəyişib. Onun ölümündən sonra bütün İranda hökumət əleyhinə kütləvi etirazlar başlayıb.

#İran #İsrail

Related Articles

Bir cavab yazın

Back to top button