İran

İranda SEPAH zabiti güllələndi

Aprelin 14-də İranın Ələhvaz vilayətinin Mahşəhr limanında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məmurları ilə silahlı şəxslər arasında silahlı toqquşma baş verib.

Atışma nəticəsində SEPAH zabiti, baş çavuş Mustafa Rəfizadə aldığı güllə yarası nəticəsində hadisə yerində keçinib.

SEPAH-ın nəzarətindən olan media orqanları silahlı qarşıdurmanın quldur dəstəsinin üzvləri ilə baş verdiyini, onlardan birinin güllələnərək öldürüldüyünü və bir neçə nəfərin həbs olunduğunu iddia edirlər. Məlumatda iki nəfərin saxlanıldığı bildirilsə də, öldürülən şəxsin və tutulanların kimliyi barədə açıqlama verilməyib.

Xatırladaq ki, bu, son bir ayda Ələhvaz vilayətində baş verən sayca üçüncü silahlı qarşıdurmadır və bundan öncə baş verən silahlı qarşıdurmalar zamanı daha iki SEPAH zabiti güllələnib.

Related Articles

Bir cavab yazın

Back to top button